5 iyul 20261 dəq oxuma

“FIP Bronze Baku II” beynəlxalq padel turniri keçirilib

Sea Breeze-də keçirilən turnirdə yerli və xarici peşəkar padelçilər FIP reytinq xalları uğrunda yarışıblar.

FIP Bronze Baku II turnirində padelçi

İyulun 1-dən 5-dək “Sea Breeze”də yerləşən yeni padel kortlarında Azərbaycan Tennis Federasiyası ilə Beynəlxalq Padel Federasiyasının (FIP) əməkdaşlığı çərçivəsində “FIP Bronze Baku II” beynəlxalq padel turniri keçirilib. Yarışda dünyanın müxtəlif ölkələrindən peşəkar padel oyunçuları, eləcə də Azərbaycan təmsilçiləri FIP reytinq xalları uğrunda mübarizə aparıblar.

Turnirin final qarşılaşmalarını gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Tennis Federasiyasının prezidenti Ənvər Ənvərli izləyib və qaliblərə mükafatları təqdim ediblər.

Kişilər arasında keçirilən yarışın qalibi İspaniya təmsilçiləri Qonzalo Rubiyo və İqnasiyo Vilarino Qestaso cütlüyü olub.

Qadınların yarışında isə neytral statuslu idmançı Darya Kuçeravaya və İspaniya təmsilçisi Barbara Las Herasdan ibarət cütlük turnirin qalibi adını qazanıb. Qalib cütlüklər bu nəticə ilə FIP reytinqinə mühüm xallar əlavə ediblər.

FIP Bronze Baku II qadın qalibləri

FIP Bronze Baku II kişi qalibləri

Paylaş