7 iyun 20261 dəq oxuma

“ITF Juniors – J60 Baku” beynəlxalq tennis turniri

Bakı Tennis Akademiyasında keçirilən J60 Baku turnirində 14 ölkədən gənc tennisçilər mübarizə aparıblar.

ITF Juniors J60 Baku turnirində tennisçi

İyunun 2-dən 7-dək Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə “ITF Juniors – J60 Baku” beynəlxalq tennis turniri keçirilib.

Bakı Tennis Akademiyasında baş tutan turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Gürcüstan, İsrail, Slovakiya, Fransa, Avstraliya, Özbəkistan, Hindistan, Ukrayna, Türkmənistan və Macarıstandan olan idmançılar, həmçinin neytral status altında çıxış edən tennisçilər iştirak ediblər.

Oğlanların fərdi yarışında Kuzey Kerem Bayrak birinci, Samuel Şifano isə ikinci olublar. Qızların fərdi yarışında Polina Kaşitsuna birinci, Leyla Şahmuradova isə ikinci yeri tutublar.

Oğlanların qoşa yarışında Akmal Abdullayev və Petr Lifanov cütlüyü qalib gəlib. Luka İlesku və Samuel Şifano cütlüyü ikinci olub. Qızların qoşa yarışında Lilyen Kubalova və Aleksandra Talina çempion adını qazanıb. Polina Kaşitsuna və Vladislava Slelina cütlüyü isə turniri ikinci pillədə başa vurublar.

Sonda qaliblər gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Tennis Federasiyasının prezidenti Ənvər Ənvərli tərəfindən xüsusi hazırlanmış plaket və sertifikatlarla təltif ediliblər.

ITF Juniors J60 Baku mükafatlandırma mərasimi

ITF Juniors J60 Baku qalibinin mükafatlandırılması

ITF Juniors J60 Baku iştirakçısının mükafatlandırılması

Paylaş