21 dekabr 20231 dəq oxuma

Padel üzrə ilk Azərbaycan çempionatına start verilib

Bakı Tennis Akademiyasında 32 kişi və 12 qadın idmançının iştirakı ilə ilk Azərbaycan çempionatı başlayıb.

İlk Azərbaycan padel çempionatında qadın idmançı

Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyasının birgə təşkilatçılığı ilə padel üzrə ilk Azərbaycan çempionatına start verilib.

Bakı Tennis Akademiyasında təşkil olunan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Tennis Federasiyasının vitse-prezidenti Mehman Qocayev çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.

Ardınca Azərbaycan çempionatına start verilib. 32 kişi və 12 qadın idmançının iştirak etdiyi mübarizəyə dekabrın 23-də yekun vurulacaq.

İlk Azərbaycan padel çempionatında kişi idmançı

Paylaş